Ötən gün İtaliya kubokunda 1/8 final mərhələsinin oyunları çərçivəsində "Yuventus" öz meydanında "Kalyari"ni sınağa çəkib.
Korner.az-ın məlumatına görə, 1:0 "Yuve"nin qələbəsi ilə yekunlaşan matçda maraqlı məqam diqqət çəkib.
Belə ki, 12.12.2012 tarixində keçirilən matçın ikinci hissəsinin 12-ci dəqiqəsində "Qoca siniyora"nın 12 nömrəli futbolçusu Sebastian Ciovinko "ağ-qaralı" forması ilə 12-ci qolunu vurmuş olub.
Bununla da "Yuventus" da, 12.12.12 tarixinə öz damğasnı vurmuş olub.