Yusuf Yazıçı Fransa klubunda
06.08.2019 , 18:41
Fransanın “Lill” klubu “Trabzonspor”dan yarımmüdafiəçi Yusuf Yazıçını transfer edib.
Korner.az xəbər verir ki, Türkiyə millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb.
Bu keçid üçün Türkiyə klubuna 16,5 milyon avro təzminat ödənilib. Müqaviləyə əsasən futbolçu, başqa Türkiyə klubuna satıla bilməz.