“İlya böyük futbolçu idi. Onu vaxtında buraxsaydılar, daha böyük uğurlara imza ata bilərdi”.
Korner.az-ın məlumatına görə, bu sözləri “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.
Tanınmış rusiyalı mütəxəssis dünən 45 yaşında ürək tutmasından dünyasını dəyişən Moskva “Spartak”ının sabiq üzvü İlya Tsmbalar haqda xatirələrini bölüşüb: “Tsmbaların Almaniya və İtaliyanın ciddi klublardan təklifi var idi. O, həmin komandalarda uzun illər yüksək səviyyədə çıxış edə bilərdi. Böyük itkidi. Çox məyusam, daha danışa bilməyəcəyəm, bağışlayın”.
Qeyd edək ki, İlya Tsmbalar Ukraynanın Odessa şəhərində doğulsa da, SSRİ dağıldıqdan sonra Rusiya millisində oynamağı üstün tutub. O, yığmada və “Lokomotiv”də Yuri Syominin rəhbərliyi altında da çıxış edib.
