"Xəzər Lənkəran"ın futbolçusu Julius Vobay transferə çıxarılıb. Bu barədə Korner.az-a klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev məlumat verib. Klub rəsmisi Sierra Leonedən olan futbolçunun komandadan getməsini Yunis Hüseynovun onu istəməməsi ilə əlaqələndirib:
"Biz baş məşqçimizin fikirinə hörmətlə yanaşırıq. Yunis Hüseynov Vobayı komandada görmək istəmədiyini bildirdi və biz də, onu transferə çıxardıq. Hal-hazırda Vobayla bağlı izə təklif gəlməyib".