big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Çörək ki dizin üstündə oldu…

05.05.2012 , 11:06

"Düzdü, qulluğa sən qoymusan məni, amma çörəyi onlar verdi axı mənə". Rəşad Sadiqovun "Neftçi" ilə razılığa gəldiyi xəbərini eşitcək, məhz bu ifadəni xatırladım. Mərhum Şahmar Ələkbərovun "Atları yəhərləyin" ("Qanlı zəmi") filmində canlandırdığı İbrahim deyir bu sözləri. Siz də xatırladınız? Onu kəndxuda təyin edən Qaçaq Nəbini Səlim bəyə təslim edəndə oğrun-oğrun söyləyir bunu.
Azad ölkədə yaşayırıq. Hər kəs də taleyini özü həll edir. Hara gedir, kiminlə görüşür, kiminlə dostluq edir, harada çalışır – öz işidir. Bu baxımdan da Rəşada kim nə deyə bilər ki? Bu məsələnin "konstitusion" tərəfi. Amma başqa məsələlər də var axı. Heç bir Konstitusiyada, qanunda, qaydada yazılmayıb ki, yanında yıxılıb qalana əl uzat. Yazılmayıb ki, ictimai nəqliyyata əliuşaqlı daxil olanda ayağa qalx, yer ver. Yazılmayıb ki, birisi sənə yaxşılıq edəndə, səni çəkib yuxarı başa keçirəndə, sabah ona "şıllaq atma". Yazılmayıb ki, sənə çörək verən əli sabah qılıncla kəsmə. Hələ nə qədər yazılmayan qanunlar var – bir Allah bilir! Onlardan biri də budur ki, kapitan gəmini həmişə sonuncu tərk edir. Mənaları çoxdur bu ənənənin, hamısını incələməyə ehtiyac duymuram. Rəşad da kapitan idi. Amma "Qarabağ" hələ "çempionat dənizində fırtınalar ağuşu"nda olduğu bir zamanda fərarilik etdi. Bəli, burda dırnaq işarəsinin yeri yoxdu, hər şeyi öz adı ilə deyərlər. Mərdə mərd, fərariyə fərari. Bir zamanlar Hans Yurgen Gede Rəşad Sadıqov, Aleksandr Çertoqanov, Georgi Adamiya, Rəşad Sadiqov, Elnur Allahverdiyev, Ruslan Abbasovu "Neftçi"dən qovanda, məhz Qurban Qurbanov və "Qarabağ" "qaçqınlara" sahib çıxdı. Düşünmək olardı ki, bu yaxşılıq uzun müddət, bəlkə də ölənə qədər futbolçular tərəfindən unudulmayacaq. Lakin həyatda hər şey düşünülən kimi olmur. Əminəm ki, Qurban Qurbanov da Rəşad Sadiqovdan nə vaxtsa belə addım atacağını gözləmirdi. Əks təqdirdə, heç vaxt ona kapitan sarğısını etibar etməzdi. Amma etdi. Və əmanətə də xəyanət edildi. "Çörəyi dizinin üstündədir" ifadəsi tam yerinə düşür burda. Bu ifadənin mənası anlaşılandı. Açmasını isə hərə bir cür başa düşür. Kimi deyir ki, qədimdə bardaş qurub oturardılar. "Çörək də dizin üstündədir" deyiləndə o nəzərdə tutulur ki, məclisdə bir nəfər istənilən vaxt qeyzlənib durar ayağa, çörək dizindən düşər ayağının altına, çörək tapdalanır – kəsilən çörəyin dəyəri tapdalanır. Digəri deyir ki, çörəyin dizin üstündə olması o anlama gəlir ki, bir kimsə dostu ilə, qohumu ilə çörək kəsir, sonra da durub gedəndə, dizini də, yəni şərti süfrəni də özü ilə aparır. Başqa variantlar da var. Amma məna eynidir: çörəyi tapdalayana "çörəyi dizinin üstündədir" deyilir. İndi, Rəşad Sadiqov inciməsin, ona bu ifadəni tam şamil etməyin zamanı yetişib. Özü də bunu tək mən düşünmürəm. Onu fərariliyə görə klubdan qovan "Qarabağ" rəhbərliyi də düşünür.
P.S. "Neftçi" gərək ehtiyatlı olsun. Ən azından Rəşada kapitan sarğısını həvalə etmək olmaz…

Son yazılar

To Top