17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsinə hazırlıq çərçivəsində bu gün növbəti yoxlama oyununu keçirəcək.
Korner.az-ın məlumatına görə, komandamız təlim-məşq toplanışı üçün Bakıya gələn Rusiyanın U-17 yığması ilə qarşılaşacaq.
Bakı Olimpiya stadionunda keçiriləcək matç saat 16:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk görüşdə yığmamız rəqibinə 1:5 hesabı ilə uduzub.
25 fevral
Yoxlama oyunu
16:00. Azərbaycan (U-17) – Rusiya (U-17)
