Yığmadan qələbə
10.06.2022 , 16:41
Qəbələdə təlim-məşq toplanışını başa vuran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası sonuncu yoldaşlıq oyununu keçirib.
Korner.az xəbər verir ki, qazaxıstanlı yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb. Millimizin hər iki qolunu 57 və 77-ci dəqiqələrdə Ağadadaş Salyanski vurub.
Bu komandalar arasında iyunun 7-də keçirilmiş ilk oyunda 1:1 hesablı heç-heçə qeydə alınmışdı.