Türkiyə Super Liqasında mübarizə aparan “Qalatasaray” “Mançester Siti”nin futbolçusu Xesus Navas ilə maraqlanır.
Korner.az-ın məlumatına görə, “Cim Bom” yeni müqavilə imzalamaq istəməyən Brumanı satmaq və 31 yaşlı Xesusu onun yerinə gətirmək niyyətindədir.
İstanbul təmsilçisinin Bruma üçün 15 milyon avro tələb etdiyi qeyd edilir.
Bildirilir ki, “Qalatasaray” “yer təyyarəsi” ləqəbli Navasa 5 milyon avro təklif etməyi planlayır.
Xatırladaq ki, ispan yarımmüdafiəçinin "Mançester Siti" ilə müqaviləsi iyun ayında bitir.