“Qalatasaray”da ciddi itki
02.10.2024 , 09:54
“Qalatasaray”ın futbolçusu Viktor Osimhen sıradan çıxıb.
Korner.az-ın məlumatına görə, nigeriyalı forvard “Kasımpaşa” ilə oyunda zədələnib. Klub onun qarşıdakı 2 oyunda meydana çıxa bilməyəcəyini açıqlayıb.
Bu o deməkdir ki, Osimhen “Qalatasaray”ın Avropa Liqasında RFS və Superliqanın bir oyununda meydanda olmayacaq.