"Xəzər Lənkəran"ın yeni transferi Uğur Pamuk artıq yeni klubunun Antalya toplanışına qoşulur.
Korner.az-ın klubun mətbuat xidmətindən əldə etdiyi məlumata görə, "Sumqayıt"ın sabiq üzvünün bu gün "ağ-yaşıllar"ın heyətində ilk məşqinə çıxacağı gözlənilir.
Qeyd edək ki, "Xəzər Lənkəran" Pamukla 2 illik müqavilə imzalayıb.