“Barselona” ilə Lionel Messi arasında imzalanacaq müqavilənin maddi tərəfləri mediaya bəlli olub.
İspaniya mətbuatı yazıb ki, Kataloniya klubu argentinalı hücumçusuna bir həftəsinə 1 milyon avrodan çox pul təklif edib. Bu isə futbolçunu razı salıb. Beləliklə, yeni müqaviləyə əsasən, Messi ildə 62 milyon avro qazanacaq.
Maaşın artırıması ilə bağlı təklif Messidən yox, klub rəhbərliyindən gəlib.