big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Ölkə futbolu

“Yaxşı başa düşürdüm ki, hər şey bitə bilər”

11.09.2012 , 07:21

Şəhriyar Əliyev 1992-ci ildə Bakıda, Bakıxanov qəsəbəsində doğulub. Uşaqlıqdan futbola həvəsi olan Şəhriyar məhəllədə böyük qardaşları ilə oynamağa başladı. Bu işdə ona atası Abış kişi kömək edir. O 2000-ci ildə oğlunu evlərinin yaxınlığındakı İsmət Qayıbov adına stadiona, əməkdar məşqçi Fazil Abbasovun yanına gətirərək məşqlərə yazdırır. Bir müddət sonra Fazil müəllimdən Şəhriyarın xoş xəbərlərini alan ata dörd ildən sonra onun daha yüksək nailiyyətlər qazanması üçün Kazbek Tuayevin futbol məktəbinə yazdırır. Burada məşqçi Bəhmən Həsənovun yanında Bakı birinciliyində çıxış edən Şako orada Qarabağın məşqçilərinin diqqətini çəkir. 2006-cı Qarabağın 17 yaşadək futbolçulardan ibarət komandasında oynayan müdafiəçi Bakıya bu klubdan gəlib:

“Bakı”nın inzibatçısı Astan müəllimin vasitəsi ilə Bakıya gəldim. O vaxt əvəzediciləri Nazim Süleymanov çalışdırırdı. Baxışdan uğurla keçəndən sonra mənimlə müqavilə bağladılar”. Burada işləri yaxşı gedən Əliyev əsas heyətdə futbol oynamağa başlayır. Hər bir gənc futbolçunun üzləşdyi problem qarşıda Şəhriyarı da gözləyirdi.

“Görəsən, böyük futbola düşə biləcəyəmmi? -sualıyla qovrulan “Bakı”lı bir çox istedadlı gənclər kimi yaşının çox olmasına görə əvəzedicilərin çempionatından kənarlaşdırılaraq itib-batmaqdan qorxurdu. Çünki ölkəmizdə 18- 19 yaşlı futbolçular arasında çempionat keçirilmir. Bu yaşa çatan futbolçuların bəziləri əsas heyətə, bir qismi I divizyona, digər qismi isə başqa sahələrə üz tutur. Son iki ildə Bakı klubunun gənc futbolçulara dəstək verməsi Şəhriyarın da üzünü güldürdü. Çünki son ümidlərlə əvəzedicilərdə çıxış edən müdafiəçi taleyin bu səxavətini gözləmirdi: “Məşqçilər mənim ötən mövsümün əvəzediicilərdə son olacağınlı bildirmişdi. Bu əsas komandaya düşmək üçün son şanslarım idi. Aleksandr Starkov tez-tez oyunlarımıza baxmağa gəlirdi. Yaxşı başa düşürdüm ki, onun diqqətini çəkməsəm, hər şey bitə bilər. Çox şanslı insanam. Sevinirəm ki, hər şey istədiyim kimi oldu. Qəhrəman Əliyev də barəmdə Starkovla danışdı. Klub rəhbərliyinin də gənclər barədə siyasəti işimə yaradı. Və məni əsas komandaya gətirdilər”.

“Starkov mənə çox kömək edib”

Aleksandr Starkovun bəzi gənc futbolçular üçün yaşıl işıq yandırması onun Bakıda gördüyü ən təqdirəlayiq işlərdən biri idi. Düzdür, ona qədər Böyükağa Hacıyev, Qyoko Hacievski ara-sıra əvəzedicilərin qapısını döysə də bu çox vaxt jest olaraq qalırdı. Yəni bu uşaqların çoxu ya əsas komandada məşq edir, ya da hansısa lazımsız oyunda meydana çıxmaqla məşqçinin gənclərlə bağlı müsbət fikirdə olmasını isbat edirdi. Starkov isə həmkarlarından cəsarətli çıxaraq ilk onbirlikdə gəncləri oynatmaqdan çəkinmədi. Bəzi oyunlarda bu ona baha başa gəlsə də, o gənclər üçün bunu etdi. Şəhriyar Starkovu belə xatırlayır: “İlk dəfə onun rəhbərliyi ilə əsas komandada məşqlərə başladım. Starkov mənə çox kömək edib. O gənclərə sözün həqiqi mənasında inanırdı. Çoxlarınn gözləmədiyi halda Rəhmanı, Aqili, Nurlanı məni risk edib oynadırdı”.

“İbrahim, Cəmşid və Denisdən çox şey öyrənmişəm”

Şəhriyar ilk dəfə Premyer liqada oynamaq üçün 4 ay gözləməli oldu. 26 noyabr 2011-ci il Şəhriyarın karyerasında ən yaddaqalan hadisələrdən biri yaşandı. O, əsas heyətin üzvü təcrübəli Elvin Əliyevin zədələnməsi ilə əsas heyətdə meydana çıxdı. Evdə Turanı qəbul edən Bakının ilk 11-də 25 nömrəli futbolkada meydana çıxan Şako debut oyununu belə xatırlayır: “ Həmin gün çox həyəcanlı idim. Əsas heyətdə oynayacağımı deyəndə əvvəlcə sevincımın hədd-hüdudu yox idi. Çünki, “Bakı” kimi komandanın formasını geyinmək şərəfdir. Müdafiədə təcrübəli adlarla bir yerdə oynamaq isə bir başqa hisslər doğururdu. İbrahim Cəmşid və İvanovs mənə dəstək oldular. Bu futbolçulardan çox şey öyrənmişəm.

“Ən böyük arzum milli komandanın formasını geyinməkdir”

Bakının əsas heyətinə düşən Şako buradan milli komandanın məşqçilərinin də diqqətini cəlb edir. 21 yaşadək milliyə çağrılsa da, Bernhard Lippert futbolçunu təlim-məşq toplanışından sonra oynatmadı. Şəhriyar bunu belə izah edir: “U-21 təlim-məşq toplanışında iştirak etdim. Bundan sonra rəsmi oyunlarda iştirak edəcəyimi gözləyirdim. Lakin bu baş vermədi. Buna görə özümü günahkar sayıram. Görünür, məşqçilərin etimadını qazana bilmədim. Ruhdan düşmürəm. Yenə dəvət gözləyirəm. Çünki, milli komandanın formasını geyinmək arzumdur. Milliyə layiq olduğumu sübut edəcəyəm”.

“Gənclərə daha da önəm versələr, yaxşı olar”

Bakının əsas heyətində klubun yetirməsi olan 8 gənc futbolçu var. Onların əksəriyyəti müxtəlif yaş qrupları üzrə millilərdə oynayır. Şəhriyar klubda gənclərə yaradılan şəraitin uğur qazanmaq üçün münasib olduğunu qeyd etdi: “Bizə lazım olan hər şey klubda var. Bandoviç də, peşəkar məşqçidir. Haqlı olaraq, rəhbərlik futbolçulardan yüksək nailiyyətlər qazanmağı tələb edir. Bakıda yerli futbolçu nəsli yetişir. Gənclərə daha da önəm versələr, yaxşı olar”.

“Toplu Bakı”

Son yazılar

To Top