"Xəzər Lənkəran"ın qış fasiləsində Türkiyənin Antalya şəhərində keçirəcəyi 5 yoxlama oyunundakı rəqiblərindən 3-nün kimliyinə aydınlıq gəlib.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, "ağ-yaşıllar" yanvarın 19-da Moldovanın "Rapid" (Kişinyov), 22-də Ukraynanın "Krivbass" və yanvar ayının 30-da Çexiyanın "Pribram" klubları ilə sınaq matçına çıxacaq.
Mənbənin verdiyi digər bir məlumata görə isə yanvarın 22 və 30 arasında daha bir rəqiblə yoxlama matçı keçirilməsi gözlənilir.