39 yaşlı çalışdırıcı müqavilə imzalayır.
"Xəzər Lənkəran"ın yeni baş məşqçisi Karles Bakes artıq Azərbaycandadı.
Bu barədə Korner.az-a açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib.
Klub rəsmisi prinsipcə anlaşdıqları 39 yaşlı ispan baş məşqçi ilə yaxın saatlarda müqavilə imzalayacaqlarını bildirib.
Onunla 2 illik müqavilə imzalanması nəzərdə tutulub.