İspaniyanın "Valensiya" klubunun sabiq üzvü Xuan Mata maraqlı açıqlamalar verib. Korner.az-ın məlumatına görə, İngiltərənin "Çelsi" klubunun şərəfini qoruyan futbolçu "Real" (Madrid) və "Barselona"nın İspaniya La Liqasına zərər verdiyini bildirib:
"Real" və "Barselona" La Liqaya zərər verir. Çünki bu ölkədə onlar olan zaman hansısa klubun çempion olması mümkünsüzdü. Bu da çempionatın səviyyəsini aşağı salır. Digər klubların çempionluq şansları olmadığından futbolçular başqa ölkə çempionatlarına üz tutur. Bu məni çox qorxudur".