İtaliyanın “İnter” klubu heyətini daha bir futbolçu ilə gücləndirib.
Korner.az-ın məlumatına görə, bu xəbər klubun rəsmi saytında qeyd edilib. Milan təmsilçisi “Dinamo”da (Zaqreb) oynayan xorvatiyalı Marselo Brozoviçi transfer edib. İtaliya mətbuatı “İnter”in 22 yaşlı yarımmüdafiəçi ilə 4.5 illik müqavilə imzaladığını yazıb.
Qeyd edək ki, M.Brozoviç 2012-ci ildən “Dinamo”da oynayırdı.