Yeni mövsüm La Liqada oynamağa vəsiqə qazanan növbəti komanda müəyyənləşib.
Korner.az-ın məlumatına görə, bu, “Xetafe”dir.
La Liqaya vəsiqə uğrunda “Tenerife” ilə pley-off mərhələsinin cavab oyununda 3:1 hesablı qələbə qazanan Joze Bordalasın komandası elitaya yüksəlib.
Qeyd edək ki, uzun illərdir La Liqada çıxış edən “Xetafe” ötən mövsüm Sequndada mübarizə aparıb.