"Barselona"nın futbolçusu Xavi Hernandez maraqlı açıqlama verib.
Korner.az-ın məlumatına görə, İngiltərə mətbuatına açıqlama verən kataloniyalı futbolçu İngiltərə Premyer Liqasında heç vaxt oynamayacağını bildirib:
"Fabreqas kimi heç vaxt klubumu tərk etməyəcəm. "Çelsi", "Mançester Siti" mənimlə hər zaman maraqlandı, lakin heç vaxt rəsmi təklif olmadı. Mənim üçün "Barselona"dan sonra ikinci, üçüncü rəsmi təklif elə "Barselona" oldu. Bir vaxt "Barselona"nı tərk etsəm, yenə "Barselona"nı düşünəcəyəm".