“Barselona”nın sabiq futbolçusu Xavi “Liverpul”un yarımmüdafiəçisi Filippe Koutinyo haqda danışıb.
Korner.az-ın mılumatına görə, bu informasiya “Goal” nəşrində yazılıb.
Təcrübəli futbolçu Koutinyonun “Barselona”ya yaraşan transfer olduğunu söyləyib:
“Koutinyo manşetlərdə tez-tez yer alır. Performansına nəzər yetirsək, görərik ki, həqiqətən də əla futbolçudur. O, hazırda Avropada ən yaxşı yarımmüdafiəçilərdən biridir. Koutinyonun adının “Barselona” ilə birgə çəkilmısi təsadüfi deyil. O, “Barselona”ya yaraşan bir transfer olardı”.