big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Xaqani Məmmədov özündən çıxdı: “Axı sənin nə işinə qalıb???” (MÜSAHİBƏ)

20.11.2012 , 13:42

“Bakı”nın vitse-prezidenti Zeynal Məmmədovun cəzalı olduğu halda “Xəzər Lənkəran”la oyunu VİP-dən izləməsi xəbərini vermişdik. Dünən bu məsələyə üç nəfərin – PFL Prezidenti Ramin Musayev, AFFA-nın baş katibi Elxan Məmmədov və “Bakı”nın digər vitse-prezidenti Yaşar Seyidovun fikirlərini diqqətinizə çatdırmışdıq. Elxan Məmmədov vəd vermişdi ki, məsələyə İntizam Komitəsində baxılacaq. İntizam Komitəsinin bu gün çıxarılan qərarları arasında bu mövzuya dair hər hansı qərar görməyincə, məsələ aydın oldu. Təəssüf, baş katib bu gün də telefon zənglərimizi cavabsız qoydu. Əvəzində, AFFA-nın mətbuat katibi Mikayıl Nərimanoğluyla danışdıq. Sitat: “Bu məsələylə bağlı hakim-inspektor protokolunda qeydiyyat aparmalıydı ki, Komitə məsələyə baxsın. Görünür, protokolda bu barədə heç nə qeyd edilməyibmiş. Onlar müstəqil qurumdular, özləriylə danışın”. “Onlar” dedikdə, şübhəsiz, Mikayıl bəy Hakim İnspektorlar Komitəsini nəzərdə tuturdu. Amma biz oyunun hakim-inspektoruyla danışmağa üstünlük verdik. Axı Zeynal bəylə oyunu VİP-də yanaşı izləyən o – Xaqani Məmmədov idi… Məmmədov ilk zəngimizə cavabında “əlimdə işim var, 10 dəqiqəyə yığın” dedisə də, 10 dəqiqə sonra zəngə cavab verməyəcəyini düşünürdüm. Özünə də dedim bunu. Amma 15 dəqiqə sonrakı zəngimi açdı və danışdı…

– Xaqani bəy, bir də salam.
– Eşidirəm.

– Yəqin ki, “Bakı” – “Xəzər Lənkəran” oyunuyla bağlı yazılanlardan xəbəriniz var.
– Yox.

– Xəbəriniz yoxdu, çox təəssüf… Siz o oyunun birinci hissəsini VİP lojada Zeynal Məmmədovla yanaşı izləyirdiz.
– Birinci hissədə yox, ilk 10 dəqiqədə.

– Birinci hissədə, Xaqani müəllim. Oyunu VİP-in yanından izləmişəm və Zeynal müəllimin arxa qapıdan fasilədən çıxdığını da görmüşəm.
– Yox, 10 dəqiqədən sonra durdu getdi o.

– Yaxşı, siz 10 dəqiqə deyin. Onun orda hətta 10 dəqiqə ərzində oturması düzgün idi?
– Yox, düzgün deyildi. Başa saldıq, durdu getdi.

– Protokolda qeyd etmisiz bunu?
– Bura bax, mən oyunun “komissarı” (oxu: AFFA nümayəndəsi) deyildim ki, bunu yazam.

– Ancaq AFFA-dan bizə deyiblər ki, oyunun hakim-inspektorunun, yəni sizin protokolunuzda bu fakt qeyd olunmadığına görə baxılmayıb məsələyə.
– Sənə deyirəm ki, onu başa saldıq, durdu getdi də.

– Başa salmaq başqa şeydi. Fakt varsa, siz onu qeyd etməlisiz. Etmisizmi?
– Sənin xəbərin varmı inspektorun protokolunda nə yazılır?

– Mən bizə AFFA-dan deyilənlər əsasında soruşuram sizdən. Faktı qeyd etmişdiz, ya yox?
– Sən onları yaxşı eşitməmisən. Onlar o sözü deyə bilməzlər.  Çünki belə şeylər hakim-inspektorun protokolunda qeyd olunmur. Bu şeylər oyunun AFFA nümayəndəsinin raportunda qeyd olunur. Mən hakimliyə qiymət verirəm.

– Siz şəxsən özünüz Zeynal müəllimə dediz ki, orda oturması qadağandı?
– Bəli.

– Sizin nə ixtiyarınız var ki? Axı siz hakimlərə qiymət verməkçün getmişdiz.
– Sən mənimlə müstəntiq kimi danışırsan e.

– Yox, siz axı özünüz dediz ki, mənim işim hakimlərin idarəçilşiyinə qiymət verməkdi.
– AFFA nümayəndəsi aşağıdaydı, o özü görməmişdi.

– Yəni siz özünüzdə bu ixtiyarı görürsüz, eləmi?
– Mən hesab edirəm ki, AFFA nümayəndəsinə kömək etmişəm.

– Amma bir başqa köməklik də edə bilərdiz: deyə bilərdiz ki, bu faktı raportunda qeyd etsin.
– Yenə müstəntiq kimi danışırsan e mənimlə.

– Müstəntiq kimi danışmıram, suallarıma cavab istəyirəm.
– Əşi, sənin nə işinə qalıb, ay Saleh???

– Necə yəni nə işimə qalıb? Bu mənim işimdi, sual verirəm və cavab almaq istəyirəm.
– (qışqıra-qışqıra danışmağa başlayır) Əşi sən sual verdin, mən də cavab verdim də. Deyirsən ki, birinci hissədə orda olub. Mən də deyirəm ki, ilk 10 dəqiqəyə baxdı, iradımı bildirdikdən sonra durdu getdi.

– Siz 10 dəqiqə deyə bilərsiz. Mənim sualım başqaydı. Siz hakim-inspektor kimi AFFA nümayəndəsinə…
– (sualımı tamamlamağa imkan vermir və qışqırmağa davam edir) Sən bu sualı niyə mənə verirsən???

– Dinləyin, xahiş edirəm. Siz Zeynal müəllimə dediz ki…
– (yenə sualımı tamamlamağa imkan vermir) A kişi, sən bu sualı niyə mənə verirsən???

– Siz sualı axıra qədər dinləyin, sonra deyin ki, bu sual mənə verilməməlidi. Axı sizə ünvanlanmalı sualdı.
– Mənə bu məsələnin heç bir aidiyyəti yoxdu!

– Siz Zeynal Məmmədova dediz ki, VİP-də oturması düzgün deyil və bununla da AFFA nümayəndəsinə köməklik etmiş olduz. Düzdümü?
– Mən ona dedim ki, sizin burda oturmağa ixtiyarınız yoxdu.

– Ay sağ olun. Və siz bununla, belə deyək, alicənablıq nümayiş etdirib  AFFA nümayəndəsinə köməklik etmiş olduz, eləmi?
– Elədi.

– Əla. Siz eyni şəkildə alicənablıq göstərib AFFA nümayəndəsinə deyə bilərdiz ki, Zeynal Məmmədov oyunun, lap öz təbirinizcə desək, ilk 10 dəqiqəsini VİP lojada izlədi və mən iradımı bildirdikdən sonra oranı tərk etdi. Siz bunu ona dediz, demədiz?
– Durub getməsə, deyərdim, hə. Durdu getdi axı. İndi bunun nə mənası var?

– Siz bu faktı AFFA nümayəndəsinə dediz, demədiz?
– Yox, demədim.

– Təşəkkür edirəm, sağ olun.
– Sağ olun.

Saleh Arslan

Son yazılar

To Top