big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xalq komandası”… hansı xalqın? – YAZI

07.09.2015 , 10:41

Son zamanlar “Neftçi”də yaşananlar, həqiqətən də, ürəkağrıdıcıdır. Ölkənin ən titullu komandasının, futbol tariximizdə ilk dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmış “flaqman”ın bu vəziyyətə düş(ürül)əcəyi  heç kimin ağlına gəlməzdi.  Yazıya başlamazdan  qabaq, bir məsələni əziz oxucularımızla bölüşmək istəyirəm. Hələ baş redaktordan da bu mövzuda yazmaq tapşırıığını alanda məsələyə soyuq münasibət bəsləmiş, “biz nə qədər yazsaq da,  xeyri yoxdur” demişdim. Bəli, acı olsa da, həqiqətdir!  “Neftçi”də baş verənlərlə bağlı  içi mən qarışıq idman mətbuatımızda yüzlərlə  yazı hazırlanmasına baxmayaraq, dəyişən heç nə yoxdur. Açın, baxın, bu ilin mayında yazılanlara, aşağı-yuxarə eyni vəziyyətdir. Bir az da belə davam etsə, komanda rəhbərliyinin mətbuat və azarkeşlərə acıq verdiyini, bizimlə prinsip apardığını düşünməyə başlayacam. Əlbəttə, mətbuatın haqlı tənqidindən nəticə çıxarıb, vəziyyətə düzəltmək əvəzinə,  mətbuat xidməti rəhbərini yazılanların qarşısını almadığına (!) görə istefa verməyə məcbur edən şəxslərdən nə desən, gözləmək olar.  Yenə də mən oxucularımızı düşünərək  bir neçə məsələ haqda fikir bildirməyi özümə borc bilirəm.  

Bilmirəm, bütün bunları edəndə Çingiz Abdullayevin detektiv romanlarından nə dərəcədə ilhamlanıblanıblar, amma Elxan Məmmədov və briqadasının ssenari qurmaq bacarığına yekə bir ƏHSƏN! Hələ ötən ilin oktyabr ayında Tahir Süleymanovun istefasından sonra  uzun müddət AFFA-da müxtəlif vəzifələri icra etmiş Elnur Məmmədov klubda vitse-prezident təyin olunanda “barmağıımı  dişləmişdim”. Bu baxımdan,  mart ayında “ağ-qaralar”da  Müşahidə Şurası yaradılandan sonra  yavaş-yavaş klubun Sadıq Sadıqov dönəmindən qalmış şəxslərdən təmizlənəcəyi gözlənilən idi.  Həmçinin,”Xalq komandası”nda   prezident vəzifəsinə Çingiz Abdullayevin gətirilməsi  bir qrup şəxslərin öz çirkin əməllərinin tanınmış xalq yazıçısının nüfuzundan istifadə edərək pərdələməsi baxımından yetərincə effektli manevr idi.

Hələ may  ayında “Böyük təmizləmə əməliyyatı”nın kulminasiya nöqtəsinə çatdığı vaxtlarda əvvəl-axır Sadıq Sadıqov dönəmindən klubda qalmış “Sonuncu mogikan”- Gündüz Abbaszadəyə də sıra gələcəyini yazmışdım.Yox, bunun üçün heç də “Nostradamus” olmaq və ya xüsusi kahinlik bacarığı tələb olunmurdu, sadəcə olaraq hadisələrin inkişafını  və güdülən məqsədi tutmaq kifayət edirdi. Düzdür, bəlkə də Azərbaycan klublarının mətbuat xidməti rəhbərləri arasında media tərəfindən ən çox tənqidə məruz qalmış şəxslərdən biri də Abbaszadə idi, amma istənilən halda dəyərli bir jurnalist kimi bu cür münasibətə qətiyyən layiq deyildi.Onun klubdan gönədrilməsinin bu qədər gecikdirilməsi, zənnimcə  həmin ərəfədə klubun Avropa Liqasında  çıxış etməsi idi.  Məhz belə bir vacib dönəmdə, Gündüzün göndərilməsinin özü ilə çoxsaylı tənqidlər gətirəcəyini  və bu işi Abbaszadədən yaxşı bacaran birini tapmağın mümkünsüzlüyünü anlayan şəxslər məcburən, “sonuncu halqa”nı da qırmaq missiyasını bir qədər təxirə salmalı oldular.  Qeyd edim ki, istefasının üstündən bir neçə saat keçmiş Gündüz Abbaszadə şəxsi profilində bununla bağlı açıqlama yerləşdib. Sözügedən bəyanatdan  vacib bildiyimiz hissəni təqdim edirik: “Səbəblərə gəlincə, avqustun 1-dən rəsmən məzuniyyətdə(!) olan birinin işindən narazıdırlar. Maraqlıdır, məzuniyyətdə olan adamın işindən necə narazı olmaq olar. Elnur Məmmədov Braziliyada olduğundan narazılığı mənə Sadıq Sadıqov dönəmindən klubda tanıdığım, Tahir Sülaymanova ən yaxın insanlardan biri olmuş Mübariz Xudiyev demişdi. Mənə deyirdi ki, kluba təzyiqlər var, Tahir Süleymanov, Böyükağa Hacıyev, Elnur Əşrəfoğlu “Neftçi” haqda danışırlar, sən isə onların cavabını vermirsən. Mən isə bildirim ki, haqlı və ya haqsız olsalar belə adı çəkilən insanlara mən cavab verə bilmərəm. Çünki, onlarla uzun müddət bir yerdə işləmişəm, çörək kəsmişik. “Neftçi”də sabah olmayacağıq, amma yoldaşlığımız hər şeydən önəmlidir. Həmin dönəmdə mətbuat azarkeşlə bağlı bəyənata görə də qınamışdı klubu. Mən müəllifi olmadığım bəyanata görə niyə cavab verməli idim? İllərdir stadionda gördüyüm, 2014-cü ildə şəklini rəsmi facebook səhifəmizdə paylaşdığımız Nurlana necə kənar şəxs deyə bilərdim? Hə, bir də, məndən vaxtı ilə “Neftçi”nin fotoqrafı olmuş Bəkir Dəlləkova (Qazaxlı Bəkir) PFL-in verdiyi akkreditasiyanı ləğv etdirmək tələb olunurdu. Hansı əsasla? Əzizlərim, təbii ki, bunlar bəhanə idi. Əslində mən avqustun 22-də Mübariz Xudiyevlə söhbətimdə istefa vermişdim. Sadəcə, Elnur Məmmədov məndən özünün dönüşünü gözləməyimi istədi. Mən də gözlədim. Dünən görüşdük və…”  Təkcə bu açıqlama “xalq komandası”nda çalışanların necə absurd əsaslarla fəaliyyət göstərdiyinin bariz sübutudur.  Məncə, Gündüz bəy burda bütün məsələlərə yetərincə ətraflı şərh verib, amma bir hissə xüsusilə diqqətimi çəkdi. Gündüz müəllimə  inansaq, komanda “başbilənləri” ondan   bizim dəyərli fotoqraf həmkarımız Bəkir Dəlləkova PFL tərəfindən verilən vəsiqənin ləğv olunmasını istəyiblər?  Bu necə qeyri-sağlam yanaşmadır? Harda görülüb ki, mətbuat xidməti rəhbəri  PFL tərəfindən media nümayəndələrinə verilmiş vəsiqəni ləğv etdirməyə səlahiyyəti olsun? Mətbuata, haqlı tənqidə qarşı bu qədərmi dözümsüzsüz? Böyük ehtimalla,  “Neftçi”nin ilk turda “Kəpəz”lə matçında  “ağ-qaralar”ın qapçısı Aqil Məmmədovun AFFA nümayəndəsi ilə,  növbəti turda “İnter”lə qarşılaşmada futbolçuların azarkeşlərlə münaqişəsini ilk və ən yaxşı şəkildə qeydə almış şəxs olduğuna görə həmin fotoqrafa qarşı belə bir absurd iddia ilə çıxış ediblər. Deyirəm, bəlkə, bu yazıya görə mənə də PFL tərəfindən verilmiş vəsqəni ləğv etdirəsiz?

 Hə, bir də Gündüz Abbaszadənin klubdan göndərilməsi üçün göstərilən səbəblərdən biri də başda “Neftçi”nin vitse-prezidenti Elnur Məmmədov bir neçə şəxsin Braziliya səfərinin mətbuat tərəfindən lazımınca işıqlandırılmaması göstətilib. Sözügedən “yaxşı işıqlandırmaq” məsələsində klub rəsmilərinin nəyi nəzərdə tutduğu mənə çox maraqlıdır. Bilmirəm, bu səfər həqiqətən də işgüzar məqsədli idi, yoxsa Cənubi Amerika çimərliklərində dincəlmək üçün getmişdilər, amma demək olar ki, bütün idman mətbuatında həmin səfər  futbol azarkeşlərinə çatdırılıb. Yox, əgər siz “yaxşı işıqlandırmaqğı” bütün “qələm əhli”nin iş-gücünü atıb, sizin səfərinizdən gecə-gündüz reportajlar hazırlaması, müsahibələr, təhlil yazılar dərc olunması kimi başa düşürdüzsə, başqa məsələ. Üzr istəyirik, bəylər, sizinlə bərabər, Braziliyaya müxbir göndərməyə imkanımız olmayıb. İndidən yeməyib-içməyib, gecə-gündüz pul yığmağa başlamışıq, işdir gələn il Afrika cəngəlliklərinə, nə bilim Qrenlandiya buzlaqlarına yolunuz düşsə, mütləq 1-2 əməkdaşımızı sizlə bərabər göndərəcəyik  Və ən əsası, lap deyək ki, Braziliya macəranız gözlənilən səviyyədə işıqlandırılmayıb, bunda Gündüz Abbaszadənin nə günahı var?!  İdman KİV-lərinin baş redaktorları ilə əlaqə qurub, “Bu bizim vitse-prezident Braziliyadadır, niyə o haqda heç nə yazmamısız?” deməliydi?! Lütfən mənə, “Qarabağ” və “Qəbələ”nin avrokubok matçları keçirilən ərəfədə sizin səfərlərinizin gündəmə oturacağını gözlədiyinizi deməyin. Son olaraq: 5 ay öncə, Çingiz Abdullayevin təqdimat mərasimini qapı arxasından izlətdirdiyiniz jurnalistlər işıqlandırmalı idi sizin səfərinizi? Nə deyim, Allah ağıl-fikir versin.

Uzun müddətdir, mətbuatın qarşısına çıxmayan Çingiz Abdullayev hal-hazırkı “Neftçi”nin özünə tay “Sumqayıt”la qarşılaşmadakı qələbənin  (2-1)  verdiyi cəsarətlə nəhayət  ki, diktofonlara danışıb… Hər şeydən əvvəl,  qeyd etməliyəm özüm başda olmaqla,  əminəm ki, idman mətbuatımız Çingiz Abdullayev şəxsiyyətinə və yaradıcılıq fəaliyyətinə qarşı, heç bir kin və ya qərəz duymur. Təbii ki, Çingiz müəllim  Azərbaycanın tanınmış, sevimli xalq yazıçılardan biridir, bu baxımdan ona sonsuz hörmətim(iz) var. Amma yazıçılıqla futbol biznesi bir-birinə tamam zidd maqnit qütbləridir.  Məncə, Çingiz müəllim ən başda klubun prezident vəzifəsi ona təklif ediləndə bundan imtina etməli, Elxan Məmmədov və briqadasının şəxsi nüfuzundan  istifadə etməsinə imkan verməməli idi. Madam ki, Çingiz müəllim, həmin şəxslərin çaldığı havaya görə oynayır və hər müsahibəsində ən azı 1-2 absurd fikir səsləndirir, biz istəsək də, istəməsək, bunlara şərh verməliyik. Nəticə çıxar(ma)maq isə sizə qalıb.

Çingiz bəy, bir neçə gün öncə apasport.az saytına verdiyi müsahibədə əvvəlcə, 2037-ci ilə qədər (klubun yüzilliyi olan vaxt) istefa vermək fikrində olmadığını bildirib.Sözün düzü, bu gedişlə, klubun o günləri görə biləcəyi də müəmmalıdır.  Daha sonra isə Abdullayev sözlərinə belə davam edir: “Elə əxlaqsız məqalələr yazılır ki, adama toxunur. Dünən oxuyuram, kiminsə həyat yoldaşından yazıblar, şəklini də çap ediblər. Heç bir azərbaycanlı kişisi bunu qəbul edə bilməz. Azərbaycanda heç vaxt ailəyə toxunmaq olmaz. Pisi pisləyin, amma ailəsi ilə işiniz olmasın. Əxlaqsız yazılara görə bundan sonra məhkəməyə müraciət edəcəyik. Başqasının ailəsinə söz atmaq qəti olmaz. Azərbaycanda belə əxlaqsız şeylər olmayıb. Yalandan yazırlar ki, “Neftçi”nin qalibiyyəti yoxdu. Bəs “Sumqayıt” üzərində qələbəni unudurlar?” Əv vəla olaraq, Çingiz bəyin,  sözlərində tam olaraq nəyi nəzərdə tutduğunu anlamaqda çətin çəkdiyimi etiraf etməliyəm. Sözün düzü,  hələ ki, o tip yazılarla rastlaşmamışam, amma az öncə də qeyd etdiyim kimi, belə şeylər olubsa, kəskin şəkildə pisləyirəm.  Kimliyindən asılı olmayaraq,  heç bir insanın əməlinə görə onun ailəsi, yaxınları haqda yazmaq olmaz, hansısa ciddi “qələm sahibi”nin belə ucuz xəbərləri dərc edəcəyinə də inanmıram. Amma  “Yalandan yazırlar ki, “Neftçi”nin qalibiyyəti yoxdu. Bəs “Sumqayıt” üzərində qələbəni unudurlar?” açıqlamasına “bişmiş toyuğun da gülməyi gələr” Hörmətli Çingiz müəllimin, diqqətinə çatdırmaq istərdim ki, sözügedən qələbə komandanın yalnız son oyununda qeydə alınıb və buna qədər klub  12 oyundur heç bir rəqibindən üstün olmayıb. Əgər siz,ciddi hədəfi olmayan “Sumqayıt” üzərindəki minimal hesablı qələbəni  sevinmək üçünəsas görürsüzsə, deməli, vəziyyət həqiqətən də faciəvidir. Hələ dua edin  ki,  “gənclik şəhəri” təmsilçisinin də AFFA himayəsində olduğunu əsas gətirib, həmin qələbəni də şübhə altına salmırlar…

Daha sonra isə Çingiz müəllim “Azarkeşlərlə iş necə gedir?” sualına belə cavab verib: “Bəhram Bağırzadənin bununla bağlı necə işlədiyini bilirəm. “Mladost”la ilk oyunumuzda stadiona ilk dəfə 9000 azarkeş gəlmişdi. Biz Bəhramı boş yerə bura gətirməmişik. “Neftçi”nin kubok qazanıb-qazanmayacağını deyə bilmərəm, amma yüz faiz deyə bilərəm ki, azarkeş sayı artacaq. Bir ildən sonra siz də görəcəksiz.” Məncə, Azərbaycanda  klub rəhbərləri anlamalıdır ki,  əsl futbol azarkeşi üçün prioritet məsələ klubun uğurlu çıxışıdır.  Azarkeşə bilet,forma,şərf  və s. ver, lap istəyirsən onları şəhər turuna çıxar, ən yaxşı halda fotoaparat parıltısı kimi qısamüddətli qığılcım əldə edə bilərsən. 3 il əvvələ qədər, “flaqman”da Bəhram Bağırzadə,  yox idi, amma buna rəğmən, insanlar “Neftçi”nin oyununa indikindən daha çox maraq göstərirdi.  Bütün bunlarla müqayisədə “Mladost”la qarşılaşmada oyunu 9000 azarkeşin stadiondan izləməsini qabartmağınız çox gülünc səslənir. Yenə deyirəm, məsələ Bəhram Bağırzadənin nə qədər yaxşı işləməsində deyil,  ƏSL azarkeş qarda, yağışda komandasını dəstəkləməyə gələcək, təki futbolçular meydanda canlarını qoysunlar.  Lap komanda “qara zolağa” düşsə, maliyyə problemi ilə üzləşsə belə, azarkeş səbr edər, amma komandasının bir qrup şəxslərin çirkli işlərinə alət edilməsi ilə əsla barışa bilməz. Hə, bir də müəllim, bax, onda sizə əhsən deyərdim ki, “İnter”lə qarşılaşmadan sonra  azarkeşlərə sahib çıxaydız, daha yaxanızı kənara çəkib, könlünü “ağ-qaralar”a vermiş insana “kənar şəxs” damğası vurmazdız. Hansı ki, Nurlan 6 ilini bu kluba verib və o “Neftçi” azarkeşi olanda indi burda çalışanların 95%-i komandada deyildi. Az qala yadımdan çıxmışdı ki, Abbaszadə demişkən “kənar şəxs”in fotosunu niyə keçən il (30 mart 2014-cü il) rəsmi “facebook” səhifənizdə paylaşmışdız ki? Nə isə, Abdullayevlə razılaşıb,  1 il sonrasını gözləyək.

İndi isə gələk Çingiz müəllimin ən absurd və ağlasığmaz açıqlamasına: “Hər yerdə eşidiblər ki, bu hadisə futbolla bağlıdı. Mən Azərbaycan Penklubunun prezidentiyəm. Penklub jurnalistləri və yazıçıları bütün dünyada müdafiə edən çox nüfuzlu təşkilatdı. İranda bizim şairlərimizdən 2 nəfəri saxlayanda Penkluba müraciət etdik, məhkəməni dayandırdılar və onları buraxdılar. İndi eyni məsələ jurnalist ölümü ilə də bağlı olub. Beynəlxalq Penklub məndən tələb etdi ki, Azərbaycan Penklubun rəhbəri kimi müraciətə qol çəkməliyəm ki, Azərbaycan klubları 3 illik beynəlxalq oyunlardan kənarlaşdırılacaqlar. Onlar təzyiq edərək “Qəbələ”ni və “Qarabağ”ı oyunlara buraxmaq istəmirdilər. Təcili zəng vurdum AFFA-ya və məsləhətləşmələr nəticəsində mənə bildirildi ki, məsələnin əsl mahiyyətini beynəlxalq Penkluba izah etmək lazımdı. Mən orda da bildiridim ki, Azərbaycan prezidenti İlham Əliyev bu məsələni rəsmi olaraq pisləyib və cinayət işi açılıb. Jurnalistin ölümündə günahkar olanlar və hətta şübhəli bilinənlər hamısı həbs ediblər”. Əvvəlcə, oxucularımızın da izni ilə sözügedən “penklub” təşkilatı haqda bir qədər məlumat vermək istəyirəm. Mərkəzi London şəhərində olan təşkilat  5 oktyabr 1921- ci il tarixində ingilis yazıçıları Katerina Ami Davson Skot və Con Qolsuorsi tərəfindən yaradılıb. Təşkilatın əsas bütün dünya yazıçılarını bir dam altında toplamaq və onlara hüquqi, maddi və mənəvi baxımdan yardım etməkdir.   İrqçi, millətçi, dinçi olmayan, insan hüquqlarına hörmət edən və ən az iki kitabı nəşr olunan istənilən yazıçı “penklub” üzvü ola bilər. Hal-hazırda 104 ölkədə 144 filialı olan təşkilatın prezidentləri  Kanadalı yazıçı Con Ralston Saul və köməkçisi türk əsilli ingilis yazıçı Moris Farhidir. Sözügedən təşkilatın Azərbaycandakı rəhbəri isə Çingiz Abdullayevdir.

Tanınmış xalq yazıçımızın bu sözlərini mən daha çox “Qarabağ” və “Qəbələ”nin uğurundan pay çıxarmaq cəhdi kimi dəyərləndirirəm. Atalar burda deyiblər: “Əkəndə yox, biçəndə yox, yeyəndə ortaq qardaş”. Düzdür, belə bir söhbətin həqiqətən də olmasını şübhə altına salmaq niyyətim yoxdur, amma vəziyyət Çingiz müəllimin bildirdiyi qədər ciddi olsaydı,  futbol ictimaiyyətinin bundan xəbərsiz olması mümkünsüzdür.  Belə deyim, yazıçının futbolla nə qədər bağlılığı varsa, “penklub”un da UEFA-ya o qədər aidiyyəti ola bilər. Yəni həqiqətənmi sizin təşkilat bu qədər nüfuza sahibdir ki,  UEFA-nın əvəzinə turnirə komanda salıb-çıxara bilir? Rasim Əliyevin ölüm məsələsində “Qarabağ” və ya “Qəbələ”nin nə günahı var?! Türkiyə, Rusiya və digər potsovet ölkələri başda olmaqla, hər il dünyanın müxtəlif yerlərində yüzlərlə idman jurnalisti və azarkeş müxtəlif münaqişələrdə həyata gözlərini yumub. Sizin məntiqiniz və “penklub”un sözü ilə hərəkət edəsi olsaq, onda gərək avrokuboklara heç kimi buraxmasınlar. 2015-ci ilin təkcə ilk yarısında dünya üzərində 75-dən çox jurnalist ölümü qeydə alınıb. Bütün bunlar üçün “penklub” hansısa cəzanlandırıcı tədbirə baş vurubmu? Buna görə də üzümü Çingiz müəllimə tutub soruşuram: Mənə həqiqətən də, maraqlıdır, son 20 ildə “penklub” hansısa komandanı istənilən səbəbdən dolayı beynəlxalq səviyyəli turnirlərdən uzaqlaşdırmağa müvəffəq olubmu?  Yaxşı, deyək ki,  həqiqətən də “penklub” belə bir səlahiyyətə sahibdir. Yəni onlar üçün sizin fikriniz bu qədərmi vacib idi?  Hər halda, azərbaycanlı olduğunuzu nəzərə alsaq, sözügedən məsələdə həmin şəxsləri obyektivliyinizə necə inandıra bildiz?

Çingiz bəy öz maraqlı dialoqunda nöqtəni belə qoyur: “ Təbii ki, sabah bizə 2-3 əcnəbi lazım olsa, alacağıq. Buna imkanımız da çatır. Planımız birillik deyil. Bu gün 10 əcnəbi gətirib, birinci yeri tuta bilərik. Bəs sonrakı il? Biz istəyirik “Neftçi”nin ənənəsi olsun. Keçmişdə bu olub. Bizim Banişevski-Tuayev-Markarov kimi “trio”muz olub. İnsanlar həmin vaxt futbola bayram etməyə gedirdilər. “Mladost”la oyundan sonra uşaqlar soyunub-geyinmə otağında ağlayırdılar. Hətta mən televizorun pultunu da sındırdım. Amma həmin gecə çoxu zəng vurub, yaxşı oynadığımız üçün bizi təbrik etdi. Biz də uğur qazanmaq istəyirik. Amma uğur bir günlük olmamalıdı. “Qarabağ” kimi uzun illər yüksək pillələrdə olmaq istəyirik. Qurban Qurbanov “Qarabağ”ı yüksəldəndən sonra onların sponsoru güclü braziliyalı futbolçular gətirdi və güclü komanda oldu. Biz də belə olmaq istəyirik. Amma azərbaycanlılara üstünlük vermək fikrindəyik. Kubokun finalında Qəbələyə bir çemodan pul aparmışdıq ki, futbolçulara verəcəyik. Uduzduğumuz üçün çemodanı bağlayıb, aparıb banka təhvil verdik. Əcnəbilər bayrağa, millətə görə oynamayacaq”.  

Problem bundadır ki, bizim klub rəhbərləri “gəncləşdirmə siyasəti” məsələsini çox səhv başa düşürlər. “Gəncləşdirmə siyasəti” dediyiniz şey, klubda maliyyə böhranı baş qaldıranda, uğursuzluq olanda  17-21 yaş arası futbolçuları komandaya dolduraraq, arxasında  gizlənmək üçün pərdə deyil. Əgər sizin məqsədiniz “flaqman”ı “Sumqayıt”ın gününə salmaqdırsa, bəribaşdan açıqlayın, biz də, azarkeşlər də işini bilsin.Xatırlayırsızsa, 4 il əvvəl Mirça Rednik dönəmində “Xəzər Lənkəranət”  “Makkabi Tel-Əviv”ə məğlub olduqdan sonra cənub təmsilçisinin rəhbərliyi də oxşar qərar vermişdir, yaxşı ki, 3 gün keçməmiş iddialarımım nə qədər absurd olduğunu başa düşdülər də geri addım atdılar. Əlbəttə, “gəncləşdirmə siyasəti” futbolumuz üçün, yetərincə  yaxşı addım sayıla bilər, illər boyu, mətbuatımız da klublardan bunu tələb edib, amma sözügedən məsələnin kor-koranə və məqsədsiz şəkildə baş tutması ilə nə futbolumuza, nə də həmin gənclərə xeyir verə bilmərsiz! Əksinə, həmin futbolçular uğursuzluq və tənqidlərdən sonra futboldan küsəcək.  “Gəncləşdirmə siyasəti” üçün əvvəlcə, bir neçə illik plan tutulmalı klubun 11 yaşlı komandasından tutmuş “yuxarılar”a qədər istedad və perspektiv vəd edən oyunçular müəyyənləşdirilib, onlarla xüsusi iş aparılmalıdır. Bunun üçün isə heç şübhəsiz uşaq futboluna böyük diqqət maliyyə dəstəyi ayırılmalıdır. Daha sonra isə həmin futbolçular mərhələli şəkildə  əsas komandaya qədər yüksəldilməlidir. Məhz bu yolla 5 ildən bir 3-4 oyunçunu futbolumuza qazandıra bilərsiz.  Adamı yandıran da odur ki, keyfiyyət baxımından Sadıq Sadıqov dönəmində Cavid İmamverdiyev və Mirhüseyn Seyidov kimi oyunçular futbolumuza qazandırılmındşdı. Hə, az qala yadımdan çıxmışdı, Prosineçkinin Xorvatiya ilə oyuna”Neftçi”dən 5 futbolçu çağırmasının böyük uğur kimi qəbul edirsizsə, nəzərinizə çatdırım ki, 3-4 il əvvələ qədər milli komandanın özəyini “bakılılar”ın futbolçuları təşkil edirdi.

Çingiz müəllim “bu gün 10 əcnəbi gətirib birinci yeri tuta bilərik” kimi fikir də səsləndirib. Bu məsələyə iki baxımdan yanaşmaq olar. Birincisi, futbolda hər şey pul, gətirilən əcnəbi sayı müəyyən olunmur. Yəni həqiqətənmi, elə bu gün  10 əcnəbi gətirib,”Qarabağ”  və “Qəbələ” kimi oturuşmuş heyətə malik komandaları üstələyə biləcəyinizə gətirib? Florentino Peres bir neçə il öncə “Real”ı (Madrid) “ulduzlar yığması”na çevirmişdi, buna rəğmən, klub ciddi uğur qazanmadı. Digər tərəfdən,  klubda pul bu qədər aşıb-daşırsa,  Emil Mpenza məsələsində kəsilən 800 min avroluq cərimədən niyə ağlayırdız?

P.S. “Xalq komandası”nı bir qrup şəxsin oyuncağına çevirənlərə ar olsun!

Ürfan Məmmədzadə

Son yazılar

To Top