“Xəzər Lənkəran” klubunun gənc hücumçusu Ağabala Ramazanov ölkədən çıxa bilmir.
Korner.az–ın məlumatına görə hərbi xidmət məsələsinə görə, oyunçuya ölkədən çıxmağa icazə verilmir. Ramazanovun “Xəzər Lənkəran”ın Antalyadakı toplanışına qatılmayacağı dəqiqdir. Futbolçu hərbi hissədədir.
Onun yaxın günlərdə cənub təmsilçisinin əvəzedici heyətində olacağı gözlənilir.