“Xəzər-Lənkəran”dan ayrılan yarımmüdafiəçi Qalin İvanov özünə yeni komanda tapıb.
Korner.az-ın məlumatına görə, 26 yaşlı bolqar futbolçu Türkiyənin “Samsunspor” klubu ilə razılığa gəlib.
Futbolçunun bugün Samsun təmsilçisi ilə rəsmi müqavilə imzalayacağı gözlənilir. Qeyd edək ki, Qalin İvanov “Xəzər-Lənkəran”ın heyətində 15 oyuna çıxıb, 5 qol vurmağı bacarmışdı.