“Xəzər Lənkəran”dan ayrılan Zohair Benouahi Azərbaycanı tərk edir.
Korner.az-ın məlumatına görə, mərakeşli futbolçu karyerasını vətənində davam etdirəcək.
Hələlik 27 yaşlı futbolçunun hansı kluba keçəcəyi bəlli deyil. Amma Benouahi artıq karyerasını vətənində davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, mərkeşli futbolçu yayda transfer olunduğu “Xəzər Lənkəran”da 32 oyun keçirib və 1 qol vurub.