big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xəzər Lənkəran”da beş debütant

14.02.2013 , 06:49

Premyer Liqanın XIX turunun “İnter”lə oyunu beş futbolçunun “Xəzər Lənkəran”da debüt etməsi ilə əlamətdar olub.

Korner.az-ın klubun saytına istinadən yaydığı məlumata görə, matça start heyətində çıxan Elnur Cəfərov, Antonio Doblas, Alvaro Silva və sonradan meydana daxil olanlar – Marin Orsuliçlə Uğur Pamuk ağ-yaşıl formada ilk rəsmi qarşılaşmasını keçirib.

Bununla da klub tarixində bu formanı geyənlərin ümumi sayı 157-yə çatıb. Bu qarşılaşmayadək komandamızda oynamaq 152 futbolçuya nəsib olmuşdu.

Mövsümün arxada qalan hissəsində daha səkkiz futbolçu “Xəzər Lənkəran”da debüt edib. Mövsümün ilk 18 turunda Ruslan Abışov, Orxan Sadıqlı, Ağabala Ramazanov, Kamran Abdullazadə, Andre Roberto “Beto”, Vanderson Skarduell, Dimitrios Sialmas və Akif Tağıyev bunu bacarıb. Bir sözlə mövsümün debütantlarının sayı 13-ə çatıb.

İndiyədək milliləşənlər də nəzərə alınmaqla 92 legioner və 60 yerli oyunçu komandamızın şərəfini qorumuşdu. “İnter”lə 5 qolu vurulduğu matçdan (2:3) sonra bu siyahıya 4 legioner və 1 yerli əlavə olundu. Bununla da legionerlərin ümumi sayı 96-ya, yerlilərinki isə 61-ə çatdı.

İspaniyalılar Antonio Doblas və Alvaro Silva debüt etməklə “Xəzər Lənkəran” tarixində bu ölkə təmsilçilərinin sayını 3-ə çatıdırb. Onlara qədər Mario Rosas buna nail olmuşdu. Marin Orsuliç isə Roberto Alvizdən sonra 2-ci xorvatiyalı oldu. Milliləşən Uğur Pamuk isə Almaniya futbolunun komandamızdakı ilk yetirməsidir. Bununla da Almaniya “Xəzər Lənkəran”da təmsil olunan 34-cü ölkə oldu: Rumıniya – 18, Braziliya – 12, Türkiyə – 9, Serbiya – 7, Belarus – 5, Bolqarıstan, Portuqaliya – hərəsi 4, İspaniya – 3, Albaniya, Gürcüstan, Kolumbiya, Litva, Rusiya, Kosta-Rika, Mali, Xorvatiya – hərəsi 2, Çexiya, Estoniya, Fransa, Honduras, İsveç, Kot d’ivuar, Moldova, Nigeriya, Qana, Slovakiya, Argentina, Latviya, Syerra-Leone, Qvineya, Ukrayna, Sloveniya, Yunanıstan, Almaniya – hərəsi 1.

Son yazılar

To Top