big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Xəzər Lənkəran” və Roma imperiyası (YAZI)

09.06.2014 , 05:01

“Xəzər Lənkəran” ın sabiq baş məşqçisi Mustafa Dənizlininin klubdan müəmmalı şəkildə ayrılması və ondan da müəmmalı şəkildə bu posta Oğuz Çətinin təyin olunması mənə vaxtilə Yuli Sezarın üzləşdiyi vəziyyəti xatırlatdı. Sezarın hakimiyyətə keçər-keçməz atdığı ilk addım Senatda yaxın dostu Bruta vəzifə vermək oldu. O Brut ki, Sezarın hər zaman güvəndiyi, sirrini paylaşdığı insan idi. Və o Brut ki, Yuliyə qarşı hazırlanan sui-qəsdin təşkilatçısı oldu. Bəlkə də Sezar o hücumdan sağ qurtulacaqdı. Amma sonradan sui-qəsdçilər arasında Brut da gözünə çarpır və yaxın dostunun xəyanətini görməmək üçün əlləri ilə üzünü örtür. Məhz Brutun son zərbəsi həlledici olur və Sezar həyata gözlərini yumur. Obraz etibarilə Mustafa Dənizli ilə Yuli Sezar bir-birinə bənzəmirlərmi? Sezar neçə imperiyaları diz çökdürdü, neçə döyüşlər qazandı, amma Romadakı xaosdan, hakimiyyət sevdasına düşənlərin qara əməllərindən baş aça bilmədi. Hansı ki, Mustafa hoca da Türkiyədə 3 müxtəlif komandanı çempion etdi, uğurlar qazandı, amma nə Lənkərandakı baş qarışıqlığından baş aça bildi, nə də postuna göz tikənlərin ona qazdıqları quyulardan. 

Necə ki, Sezar hakimiyyətə keçən kimi Brutu Senata gətirmişdi, Dənizli də “Xəzər Lənkəran”a baş məşqçi təyin olunanda köhnə dostu Oğuz Çətini tapdı, ona məşqçilər korpusunda yer verdi. Amma sonradan hər ikisinin aqibəti dost əli ilə vurulmaq oldu. Axı sizcə də Dənizlinin “Xəzər Lənkəran”ı təhvil aldığı ilk vaxtlarda birdən-birə “divləşdirməsi”, gedənə yaxın isə komandanın yenə “köhnə tas”a çevrilməsi yetərincə təəccüblü deyilmi? Hələ mən Oğuz Çətinin rəhbərliyi altında əldə olunan nəticələri demirəm. Mustafa hocanın Bakıdakı rəhbərliklə “ipləri” qopardığını hamı yaxşı bilirdi. Bəlkə də, Dənizli yatsaydı, yuxusunda da görməzdi ki, son dayağı olan Mübariz bəylə görüşmək üçün Türkiyəyə getdiyi bir məqamda etibar etdiyi Çətin onun olmadığı dövrdə qazandığı nəticələrlə baş məşqçi postuna iddias irəli sürər. Oğuz Çətinin baş məşqçi təyin edildikdən sonra söylədiyi ilk sözlərin “təyinatım öncədədən planlaşdırılmışdı” olması buna işarədir.

Bilirsinizmi Brutun sonu necə oldu? Hakimiyyət sevdasına düşən Brut da elə həmin xaosun içində itib-batdı, sonda isə intihar etdi. Amma o, özünəqəsdi lap əvvəldə – Sezara xəyanət etməklə həyata keçirmişdi. Əslində, boş qalmış baş məşqçi postuna köməkçi məşqçinin gətirilməsində qeyri-adi nəsə axtarmamalıyıq. Cümə axşamı baş verənlər sadəcə olaraq fraqmentləri mayın əvvəllərində, ssenarisi isə elə həmin ayın ortalarından bəlli olan filmin nümayişi idi.

Rednik Rumıniyada çemodanlarını yığıb gözünü dikmişdi Lənkəran hava limanına. Amma “Xəzər Lənkəran” rəhbərliyi sağı göstərib soldan vurdu. Bu addımın isə cuşa gəlmiş hisslərin soyudulmasına xidmət etdiyini anlamaq o qədər də ÇƏTİN deyil. Əvvəlcə Rednik variantı ortaya atıldı, hamının gözünü Rumniyaya dikdiyi bir məqamda bu posta məhz Çətinin gətirilməsi çox şeydən xəbər verir. Görünən dağ bələdçi istəməz deyib atalarımız. Görünən isə odur ki, yenə bir mövsüm və milyonlar boşa veriləcək, mövsümün sonunda yenə də boşalan baş məşqçi vəzifəsinə Mirça Rednik və Ağasəlim Mircavadovun namizədliyi irəli sürüləcək…
Rednik klubdan ayrıldıqdan sonra illərdir ki, “Xəzər Lənkəran”da bu tendensiya hökm sürür. Bəzən insanda elə təsəvvür yaranır ki, o, özü ilə bərabər, klubdakı sakitliyi, sabitliyi və ən əsası, peşəkarlığı da aparıb. Sanki Mirça elə bir cadu edib ki, heç kim Lənkəranda 6 aydan çox daldalana bilməsin. 

Cənub klubunda məşqçilər korpusundan əlavə, dəyişilməli çox şey var. Necə ki, öz dövrünün ən güclü imperiyalarından Roma imperiyasını daxili hərc-mərclik süquta sürüklədi, qonaq-qaraya vaxtilə “Qafqazın Çelsisi” deyə təqdim edib qürrələndiyimiz “Xəzər Lənkəran”da da bu xaos hökm sürür. Və bu böhranla da heç bir FUTBOL ADAMI mübarizə aparacaq gücdə deyil. Amma yenə də gözləyək-görək Cənub klubu üçün Oktavian Avqust kimi bir xilaskar tapılacaqmı? 

P.S. Bu gün şəxsi arxivimi araşdırarkən 3 il əvvələ məxsusus tozlu bir qəzet səhifəsi tapdım. Xatırladım ki, həmin ərəfədə “Xəzər Lənkəran” Təl-Əviv “Makkabi”sinə məğlub olaraq Avroliqada mübarizəni dayandırmış və klub yeni mövsümdən sırf gənclərə şans veriləcəyini bəyan etmiş, amma üstündən heç 2 gün keçməmiş geri addım atmışdı. Rednik isə Buxarestə üz tutmuşdu. Həmin qəzet səifəsində Rednikin Rumniya mətbuatına müsahibəsi var. Müsahibədəki bir cümlə diqqətimi çəkdi. “Azərbaycana necə qayıtmayaya bilərəm? Axı orda qazandığım pulu heç yerdə almamışam. O qədər də səfeh deyiləm”. Baxın, elə açar cümlə də budur. Çətin, Toşak, Bakes, Rednik (siyahı uzandıqca-uzanır)… məgər o qədər səfehdirlər ki, Cənub klubunda qazandıqları yüzminlərdən xoşluqla əl çəksinlər?

Ürfan Məmmədzadə

Son yazılar

To Top