UEFA Avroliqanın II təsnifat mərhələsinin “Makkabi” (Hayfa) və “Xəzər Lənkəran” klubları arasındakı oyunlara təyinatları tam açıqlayıb.
Korner.az-ın məlumatına görə, Hayfada ayın 18-də keçiriləcək oyunun hakim-inspektoru türkiyəli Zihni Aksoydu.
Bosniya və Hersoqovinalı Velid İmamoviç isə matçın komissarı olacaq.
“Fırtınalar meydanı”nda baş tutacaq cavab qarşılaşmaya isə UEFA ispaniyalı Bernardino Qonzalez Vaskesi hakim-inspektor kimi təyin edib. Oyunun komissarı isə lüksemburqlu Lusyen Kayser olacaq