Abışov "Rubin"ə keçə bilər
"Ruslan Abışovun "Rubin"lə anlaşdığı haqda yalnız mətbuatdan oxuyuram. "Xəzər Lənkəran" olaraq bizə heç bir klub rəsmi müraciət etməyib".
Bu sözləri Korner.az-a açıqlamasında "Xəzər Lənkəran" klubunun mətbuat xidmətinin rəhbəri Yalçın Əliyev deyib.
"Ağ-yaşıllar"ın rəsmisi Kazan təmsilçisinin onlara rəsmi müraciət ünvanladıqdan sonra bunun mümkün olacağını bildirib:
"Bildiyiniz kimi Ruslan Abışov müqavilə ilə bizə məxsusdu. Ruslanla müqavilədə belə bənd var ki, əgər ona xaricdən, yaxşı klubdan təklif gələrsə, ölkəmizi kənarda təmsil etməsinə şərait yarada bilərik. Lakin bunun üçün gərək həmin klub bizə müraciət etsin. Bu, rəhbərlik səviyyəsində həll edilməlidi".