Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın düşərgəsinə ötən gün daha üç futbolçu gəlib.
Korner.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, dünən komandaya qoşulan Kamran Abdullazadədən başqa heyətə yeni transfer olunan Uğur Pamuk və klubun yetirməsi, U-17 milli komandamızın əsas hüçumçusu Elnur Cəfərov da qoşulublar.
Digər futbolçu isə baxışa gələn xorvat qapıçı İvan Çoviçdir. 22 yaşlı qolkiper vaxtilə U-21 Xorvatiya millisinin şərəfini qoruyub, 2008-2009-cu illərdə Zaqreb "Dinamo"sunda, 2009-2010-cu illərdə "İnter Zapreşiç" və 2010-2012-ci illərdə "Hrvatski Dragovoljac" klublarında oynayıb.