"Xəzər Lənkəran"ın qış fasiləsində heyətinə qatacağı yeni futbolçular əsasən keçmiş Yuqaslaviya ölkələrindən olacaq.
Korner.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, Cənub şəhərinin təmsilçisi Serbiya və Bosniya və Herseqovinadan bir neçə futbolçu transfer edəcək. Alınacaq futbolçular öz ölkələrində kifayət qədər tanınırlar.
Bundan əlavə "ağ-yaşıllar"ın qış transfer "pəncərəsi"ndə ulduz futbolçu transferi gözlənilmir. Transferlər təcrübəli, perespektivli futbolçular olacaq. Bundan başqa İspaniyadan da kluba bir neçə futbolçu təklif olunub. Lakin yuxarıda qey etdiyimiz kimi "Xəzər Lənkəran"ın yeni transferləri əsasən keçmiş Yuqaslaviya ölkələrinin çempionatlarında çıış etmiş futbolçular olacaq.