Vüqarın komandası “Dinamo”ya məğlub oldu
17.05.2021 , 15:59
Gürcüstan çempionatında 14-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, Vüqar Bəybalayevin formasını geyindiyi “Telavi” Tbilisidə “Dinamo” ilə qarşılaşıb və uduzub – 0:1.
Vüqar start heyətdə meydana çıxıb və 58-ci dəqiqədə əvəzlənib.
“Telavi” 8 xalla 10 komanda arasında sonuncudu.