“Viktoriya”nın səfər proqramı
15.08.2022 , 20:24
Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda “Qarabağ”ın qonağı olacaq “Viktoriya”nın Bakıya səfər planı bəlli olub.
Korner.az xəbər verir ki, komanda sabah səhər saatlarında Azərbaycan paytaxtına yola düşəcək. Bu barədə Çexiya klubunun rəsmi saytı məlumat yayıb.
Saat 19:45-də plzenlilərin baş məşqçisi Mixal Bilekin mətbuat konfransı baş tutacaq. Ardınca isə Çexiya çempionu matçın oynanılacağı Tofiq Bəhramov adına Respublika stadionunda ilk 15 dəqiqəsi media nümayəndələri üçün açıq olan məşqə çıxacaq.
Avqustun 17-də keçiriləcək “Qarabağ” – “Viktoriya” görüşü saat 20:45-də başlayacaq.