Videokonfrans formatında seminar keçirildi
03.11.2020 , 18:01

Videokonfrans formatında UEFA-nın Klubların Lisenziyalaşdırılması və “Maliyyə Fair Play”i mövzusuna həsr olunmuş seminar keçirilib.
Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev, qrupun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərovun iştirak etdiyi seminarda klubların lisenziyalaşdırılması və maliyyə məsələlərini əhatə edən mövzular müzakirə olunub.
