“Neftçi” yeni mövsümün hazırlığını davam etdirir.
Korner.az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, bu gün Bakı toplanışının ikinci mərhələsi start götürüb.
Səhər saatlarında klubun təlim-məşq bazasındakı idman zalında fiziki hazırlıq keçən komanda axşam məşqi İsmət Qayıbov adına təlim-məşq bazasında olacaq.
