Premyer Liqada "Sumqayıt"la görüşəcək AZAL-da son durumla bağlı komandanın baş məşqçisi Vaqif Sadıqov açıqlama verib.
Korner.az-a danışan təcrübəli məşqçi bu sözləri deyib:
"Son oyunlarda qələbəyə həsrət qaldığımız üçün komandada psixoloji durum aşağı səviyyədədir. Bizi "Sumqayıt"la çox ağır oyun gözləyir. Premyer Liqada zəif rəqib, doğrudan da, yoxdur. Biz qalib gəlib həm 3 xal həsrətinə son qoymaq, həm də futbolçuların psixoloji durmunu düzəltmək istəyirik".