Ruisya ilə oyunda millimizə bərabərlik qolunu gətirən Vaqif Cavadov oyundan sonra açıqlamalar verib.
Korner.az-ın məlumatına görə, hücumçu öz və komanda yoldaşlarının oyunundan razı qaldığını deyib.
Həmçinin oyun öncəsi bəzi rus futbolçularının “yekəxana” açıqlamalarına da münasibət bildirib.
Cavadov deyib ki: “Ruslar oyundan əvvəl bizi bir ayaqla udacaqlarını deyirdilər, amma biz onlara göstərdik ki, biz də futbol oynamağı bacarırıq”.
