Vaqif Cavadov “Boluspor”un heyətində ilk oyununa çıxıb.
Korner.az-ın məlumatına görə, “Qaziantep Büyükşehir Belediyespor”la çempionat oyununa hazırlıq çərçivəsində “Boluspor”un əsas komandası ilə U-21 komandası arasında yoldaşlıq oyunu keçirilib.
Matçda 5:2 hesabı ilə əsas komanda qələbə qazanıb. Start heyətində yer alan Cavadov 2 qol vurmağı da bacarıb.