big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

Vəli Qasımov 22-ci oldu

14.03.2016 , 13:10

Premyer Liqanın 25-ci turu Vəli Qasımovun Azərbaycan çempionatlarında debütü ilə əlamətdar olub. 
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, futbolçu kimi ölkə çempionatlarında iştirak etməyən, yalnız SSRİ dövründə “Neftçi”nin formasını geyinən 48 yaşlı mütəxəssis sabiq komandasını baş məşqçi kimi AZAL-la matça çıxarıb. 
Komandada debütü ölkə kubokuna təsadüf edən Qasımovun Premyer Liqadakı ilki 1:1 hesablı heç-heçə ilə nəticələnib. Bu oyunadək “ağ-qaralar”ı Azərbaycan çempionatı görüşlərinə 21 baş məşqçi çıxarıb. Qasımov bu siyahıya 22-ci çalışdırıcı kimi daxil olub. O, cari mövsümün əvvəlki hissəsində “Neftçi”yə rəhbərlik etmiş məşqçilər Samir Əliyev və Əsgər Abdullayev kimi paytaxt təmsilçisinin “sükanı arxasında” debüt edib.

“Neftçi”nin Azərbaycan çempionatlarındakı bütün məşqçiləri: Əhməd Ələsgərov (1992, 1998/99, 1999/2000), Sergey Kramarenko (1993), Böyükağa Ağayev (1993, 2008/09, 2009/10), Vaqif Sadıqov (1993, 1993/94, 1994/95, 1995/96, 2009/10), Asif Əliyev (1995/96, 1997/98, 1998/99), Kazbek Tuayev (1995/96, 1996/97, 1997/98, 1998/99, 2001/02, 2003/04, 2004/05), Ruslan Abdullayev (1997/98), Şamil Heydərov (1999/2000), Asəf Namazov (2000/01), Oqtay Abdullayev (2000/01), Ağasəlim Mircavadov (2004/05, 2005/06), Qurban Qurbanov (2006/07, 2007/08), Vlastimil Petrjela (2007/08), Anatoli Demyanenko (2007/08, 2008/09), Hans Yurgen Gede (2008/09), Arif Əsədov (2009/10, 2010/11, 2014/15), Böyükağa Hacıyev (2011/12, 2012/13, 2013/14, 2014/15), Tərlan Əhmədov (2013/14), Nazim Süleymanov (2013/14), Samir Əliyev (2015/16), Əsgər Abdullayev (2015/16).

Son yazılar

To Top