big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

“Unutmadıq…”

23.11.2013 , 00:18

“Qarabağ” Premyer Liqanın XIV turunda qarşılaşacağı “Rəvan”la oyunun hazırlıqlarını davam etdirir.

Korner.az-ın Ağdam təmsilçisinin saytına istinadən məlumatına görə, komanda bazar günü baş tutacaq matça itkilərlə hazırlaşır.

Admir Telinin zədə, Riçard Almeydanın isə cəza üzündən oyunu buraxacağı dəqiqdir. Yarımmüdafiəçi Qara Qarayev həm itkilər, həm də oyun haqqında klubun saytına fikirlərini bildirib: “Rəvan”la oyuna eyni qaydada hazırlaşırıq. Milli oyunlarla əlaqədar fasilə yarananda istər-istəməz kollektiv çalışmaya təsir edir. Amma istənilən halda meydana qələbə üçün çıxacağıq. Düzdü, itkilərimiz var amma inanıram ki, bu oyunumuza təsir etməyəcək. “Rəvan”ın turnir cədvəlindəki mövqeyi heç kimi aldatmamalıdır. Bütün oyunlar 90 dəqiqə mübarizə tələb edir. Ümumiyyətlə premyerliqada zəif rəqib anlayışı qalmayıb. Üstəlik, “Rəvan”da baş məşqçi dəyişikliyi baş verib. Yəqin, bizimlə oyuna yaxşı hazırlaşıblar. Çətin oyun olacaq. İlk dövrədəki oyunu unutmamışıq. Çox üstün futbol sərgiləsək də, 1 xalı son dəqiqələrdə vurduğumuz qolla qazanmışdıq. Eyni gərginliyi yenidən yaşamaq istəmirik. Meydana kim çıxırsa çıxsın “Qarabağ”ın adına layiq şəkildə mübarizə aparacağıq”.  

Son yazılar

To Top