Türkiyə Kubokunda 5-ci turun oyunları keçirilir.
Korner.az-ın məlumatına görə, milli komandamızın müdafiəçisi Ufuk Budakın çıxış etdiyi “Qaziantep B.B” səfərdə “Tuzlaspor”la qarşılaşıb.
Görüş ev sahibi komandanın 3:1 hesablı qələbəsi ilə başa çatıb. Ufuk oyuna ikinci hissədə daxil olub.
Qeyd edək ki, “Qaziantep B.B” A qrupunda 5 turdan sonra 1 xalla sonuncu pillədə qərarlaşıb.
Türkiyə Kuboku A qrupu:
Sıra | Komanda | Oyun | Xal |
1. | “Tuzlaspor” | 5 | 13 |
2. | “Sivasspor” | 5 | 9 |
3. | “Qaziantepspor” | 5 | 5 |
4. | “Qaziantep B.B” | 5 | 1 |