UEFA Rusiya milli komandasının 2016-cı il Avropa çempionatının seçmə qrup mərhələsində 6 xaldan şərti məhrum olunmasını nəzərdə tutan cəzanı ləğv edib. Korner.az-ın məlumatına görə, qrumun Apellyasiya Komitəsi Avro-2012-də rusiyalı azarkeşlərin davranışı ilə əlaqədar kəsilmiş şərti cəza 2016-cı il Avropa çempionatının seçmə turnirində 3 ev oyununu azarkeşsiz keçirməklə əvəzlənib.
Lakin bu qərar şərtidi. Yəni qarşıdakı oyunlarda eyni hal yaşanarsa bu cəza yenidən qüvvəyə minəcək.
Qeyd edək ki, cərimə və 6 xaldan şərti məhrumetmə cəzası iyunun 8-də Rusiya ilə Polşa yığmaları arasında Vrotslav şəhərində keçirilmiş matçdan sonra UEFA İntizam Komitəsi tərəfindən kəsilib. Səbəb Rusiya yığması azarkeşlərinin meydana yandırıcı maddə atmaları və tribunalarda təhqiramiz bannerlər nümayiş etdirmələri olub.
