UEFA Çempionlar Liqasının qrup mərhələsinin IV turunda keçirilən “Borussiya” – “Qalatasaray” oyununda (4:1) baş verən hadisələrlə bağlı araşdırma başladıb.
UEFA İntizam Komitəsi hadisələri araşdıracağını lazımi qərarı verəcəyini bəyan edib. UEFA-nın bu oyunla bağlı qərarı noyabrın 13-də açıqlanacaq.
Qeyd edək ki, oyunun ilk hissəsində “Qalatasaray”lı azarkeşlər meydançaya yad əşyalar atmış və bu səbəblə də oyun dayandırılmışdı.
