Avropa Liqasının üçüncü təsnifat mərhələsində keçiriləcək “İnter” (Azərbaycan) – “Atletik” (İspaniya) oyununun başlama saatı açıqlanıb.
Korner.az-ın UEFA-nın saytına istinadən verdiyi məlumata görə, “İnter Arena”da oynanılacaq matç avqustun 6-ı saat 21:00-da başlayacaq.
Qeyd edək ki, bu komandalar arasında ilk qarşılaşmaya iyulun 30-u Bakı vaxtı ilə 23:45-də (yerli vaxtla saat 20:45-də) start veriləcək.
