UEFA Avropa Liqasının IV turunda baş tutan "Gimaraynş" – "Marsel" (1:0) matçında olan qayda pozuntularına baxacaq. Avropanın ali futbol qurumu Patrik Evranın azarkeşə təpik atmasını cəzasız qoymayacaq.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb. Portuqaliyada keçirilən oyunun başlamasından öncə qalmaqal baş verib. Qonaqların müdafiəçisi Patris Evra oyundan əvvəl isinmə hərəkətləri edərkən kənarda onu təhqir edən “Marsel” azarkeşinə hücum edib. Fanatı təpiklə vuran Evra hakim tərəfindən qırmızı vərəqə ilə cəzalandırılıb.
Bundan başqa portuqal azarşelərin stadiona ziyan verməsi ilə bağlı iş açılıb.