UEFA Çempionlar liqasının ən yaxşı ilk "onbirliyi"ni açıqlayıb.
Korner.az-ın məlumatına görə UEFA oxucular arasında keçirdiyi sorğuda qitənin ən güclü klub turnirində 2012-ci ildə forma geyinən ən yaxşı futbolçuları açıqladı. 5.3 milyon oxucunun səsləriylə təyin olunan ən yaxşı "onbirliy"ə "Barselona" və "Real"lı (Madrid) oyunçular damğasını vurdu.
"Qalatasaray" forması ilə Çempionlar liqasında 6 matçda 6 qol vuran Burak Yılmazın da namizədlər arasında iştirak etdiyi adlar içərisində ən yaxşılar aşağıdakılar seçildi:
Qapıçı:
İker Kasilyas ("Real" (Madrid), İspaniya)
Müdafiəçilər:
Serxio Ramos ("Real" (Madrid), İspaniya)
Xerard Pike("Barselona", İspaniya)
Tiaqo Silva ("Milan"/"PSJ" Brazilya)
Filip Lam ("Bavariya", Almaniya)
Yarımmüdafiəçilər:
Andres Inyesta ("Barselona", İspaniya)
Xavi ("Barselona", İspaniya)
Andrea Pirlo ("Yuventus", İtaliya)
Məsut Özil ("Real" (Madrid), Almaniya)
Hücumçular:
Lionel Messi ("Barselona", Argentina)
Kristiano Ronaldo ("Real" (Madrid), Portuqaliya)