"Xəzər Lənkəran"ın yeni fan-klublarından "Green Gate 2"-nin "Böyük oyun"da haqsızlıqla üzləşdiyi haqda xəbər vermişdik. Bir daha xatırladaq ki, fan-klub üzvləri tribunada pankart açmaq istəsələr də, iddialara görə, klub rəhbərliyi buna mane olub.
Məsələdə adı hallanan "Xəzər Lənkəran"ın vitse-prezidenti Tuyqun Nadirov Korner.az-a açıqlamasında iddianın yersiz olduğunu deyib.
"Həmin fan-klubun nümayəndələri oyunun fasiləsi zamanı mənə yaxınlaşıb dedilər ki, pankartları açıb, nümayiş etdirmək istəyirik. Mən də narazılığımı bildirmədim. Sonradan bildim onların pankartlarının yığışdırılmasının səbəbini. Stadionda pankart açmaq istəyən fan-klub rəsmi şəkildə qeydiyyatdan keçməlidi. Onlar isə qeydiyyatdan keçməyiblər. Klubumuzun veb-səhifəsində stadionda davranış qaydaları var. Hər bir azarkeşimiz daxil olub bununla tanış ola bilər. Azərbaycanda yeganə klub "Xəzər Lənkəran"dı ki, bu qaydalarla işləyir".