“Rubin”in futbolçusu Gökdəniz Qaradəniz yeni rekord müəyyənləşdirib.
Korner.az-ın məlumatına görə, Qaradəniz Türkiyənin Avropa Liqasında ən çox oyun keçirən futbolçusu olub.
Bu, qrup mərhələsinin ilk turunda baş tutan “Sion”la oyuna təsadüf edib. Həmin görüşdə Avropa Liqasında 47-ci oyununa çıxan 35 yaşlı futbolçu turnirdə ən çox iştirak edən türkiyəli kimi tarixə düşüb. O, 47 oyundan 39-na “Rubin”in, qalan 8-nə isə “Trabzonspor”un heyətində çıxıb.