“Ərciyəsspor” əsas heyətə düşə bilməyən milli komandamızın üzvü Cihan Özkara ilə yollarını ayırıb.
Korner.az-ın məlumatına görə, baş məşqçi Osman Özköylü liqanın ikinci dövrəsində sərəncamında görmək istəmədiyi 21 yaşlı hücumçunun göndərilməsini istəyib.
Müqavilə ilə “Sivasspor”a məxsus olan Cihanın Kayseri klubuyla mövsümün sonuna qədər müqaviləsi var idi. O, “Ərciyəsspor”un heyətində Türkiyə PTT 1-ci liqasında və ölkə kubokunda 4 oyunda forma geyinmişdi.