Türkiyənin “Göztepe” klubunun sabiq prezidenti Bülent Özkul intihar edib.
Korner.az-ın məlumatına görə, depresiyaya düşən 55 yaşlı keçmiş prezident özünü evinin pəncərəsindən atıb.
Ağır yaralanan Özkul aparıldığı xəstəxanada həkimlərin bütün səylərinə rəğmən həyatda qala bilməyib. İddialara görə, klub rəhbərinin ailəvi problemləri var imiş və bir müddətdi psixoloji müalicə alırmış.
Qeyd edək ki, atası Zeki Özkulun 1967-ci ildə qurduğu “Özkul Tekstil”i Türkiyənin ən parlaq markalarından birinə çevirilən Bülent Özkul 2001-ci ildə maliyyə böhranından qurtua bilməyib və iflas edib. Bir müddət İstanbulda yaşayan şirkət rəhbəri sonradan İzmirə köçərək sadə həyat yaşamağa başlayıb. O, müsahibələrindən birində bu sözləri demişdi: “Bir vaxtlar lüks avtomobillərim var idi. İndi avtobus kartım var və buna görə çox xoşbəktəm”.
2012-ci ildə “uşaqlıq sevgim” dediyi Seher Özkulla evlənən Bülent Özkulun bir müddət əvvəl yaxın dostlarından birinə “Mənim həyata bağlayan 2 faizlik bir bağ qalıb” dediyi iddia olunur. Onun həmçinin intihardan əvvəl İstanbulda yaşayan qızına mesaj yazaraq “haqqını halal et” dediyi də bildirilir.
