Futbol üzrə Azərbaycan I Divizinunda V turunda daha 4 oyun keçirilib.
Korner.az-ın məlumatına görə, turun ən bol qollu oyunu Tovuzda yaşanıb “Turan-T” “Lokomotiv”i 6:2 hesabı ilə məğlub edib.
Oynanılan bütün oyunlar və nəticələrini nəzərinizə çatdırırıq:
“Turan-T” 6-2 “Lokomotiv”
(Elsevər Əliyev, 21; Fərmayıl Əliyev, 31; 36; 45; Eltay Tağıyev, 77; Rəşad Piriyev, 90+2 // Nicat Əsgərov, 45+1; Haqverdi Yusifov, 55)
“Qaradağ Lökbatan” 0-0 “Şahdağ”
“Neftçala” 2-0 “Bakılı”
(Vaqif Güləliyev, 17; Aslan Hüseynov, 84)
“Araz Naxçıvan” 3-1 “Karvan”
(David Janalidze, 70; 76; Akif Tağıyev, 83 // Əli Bağırov, 32).